logo

Azərbaycan Kuboku:1/4 final mərhələsinin oyun vaxtı bəlli olub

15:15 12-01-2024 | icon 1351
Azərbaycan Kuboku:1/4 final mərhələsinin oyun vaxtı bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

YeniAvropa Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu raundun oyunları yanvarın 30-31-də keçiriləcək.

İlk oyun günündə “Səbail” “Zirə”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək. İkinci gündə isə “Qəbələ” “Araz-Naxçıvan”ın, “Neftçi” “Sumqayıt”ın qonağı olacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar

15:00. “Səbail” – “Zirə”

“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”

“Bank Respublika Arena”

31 yanvar

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”

“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”