Azərbaycanla Dünya Bankı enerji tərəfdaşlığını müzakirə edib
Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının təcrübə meneceri Stefani Gilin rəhbərlik etdiyi enerji məsələləri üzrə nümayəndə heyəti arasında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Ölkəmizdə 2027-ci ilədək 2 QVt-dək bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi, həmçinin növbəti mərhələdə dənizdə külək enerjisindən istifadə ilə bağlı dəstəyin göstərilməsi üzrə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və növbəti addımlar nəzərdən keçirilib. Energetika naziri Pərviz Şahbazov şəbəkənin gücləndirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq Dünya Bankının bu istiqamətdə dəstəyinin əhəmiyyətini qeyd edib. Bundan başqa, “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) İtaliyanın “CESİ” şirkətinin həyata keçirdiyi barədə məlumat verilərək, Dünya Bankının fəaliyyətinin Qara dəniz sualtı kabel layihəsindən bütövlükdə dörd ölkəni birləşdirən dəhlizədək genişləndirilməsinin zəruriliyindən bəhs edilib. Söhbət zamanı hidrogen, geotermal enerji, hərracların keçirilməsi, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, həmçinin “Elektroenergetika haqqında” yeni Qanunun tətbiqindən irəli gələn məsələlərdə də Bankla əməkdaşlıq dəyərləndirilib.
Dünya Bankının təcrübə meneceri Stefani Gil BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək Azərbaycanın bərpa olunan enerji potensialından geniş istifadəni və “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını hədəfləyən siyasətindən məmnunluğunu ifadə edib. Ölkəmizdə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji səmərəliliyi ilə yanaşı, “yaşıl enerji” kursunun digər komponentlərinin inkişafına Dünya Bankının dəstəyi diqqətə çatdırılıb.
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir