logo

Sabah Bakıda 10° isti olacaq

13:13 11-01-2024 | icon 672
Sabah Bakıda 10° isti olacaq

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın əsasən qərb rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.