logo

10 kq-dan çox narkotik vasitə aşkarlanaraq götürülüb

10:10 11-01-2024 | icon 637
10 kq-dan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,7 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.