logo

Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

12:12 10-01-2024 | icon 903
Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlər daxil edilib.

Qeyd edək ki, tədbir saat 14:30-da başlayacaq.