logo

Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilir

11:11 10-01-2024 | icon 644
Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilir

Yanvarın 10-da Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilir.

YeniAvropa xəbər verir ki, Forumda 300-dək Qeyri-Hökumət Təşkilatı(QHT) rəhbəri iştirak edir.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu(MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilib.

QHT hərəkatının genişlənməsi və koordinasiyası, həmçinin onların dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması məqsədilə yaradılan Milli QHT Forumu hazırda 600-dən çox təşkilatı özündə birləşdirir.