2023-cü ildə Çin avtomobil ixracında dünya lideri olub
Çin Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, 2023-cü ildə Çin avtomobillərinin ixracı rekord həddə-5,26 milyon ədədə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə “The Street Journal” nəşrinə istinadla xəbər verir.
Nəşrin məlumatına əsasən, bu rəqəm, xaricə avtomobil tədarükü üzrə ənənəvi lider olan Yaponiyanın ixrac göstəricisindən təxminən 1 milyon çoxdur.
Yüksək göstəricinin əsas hərəkətverici qüvvəsi, Rusiyanın Çin avtomobil istehsalçılarının ixracını 2022-ci illə müqayisədə ən azı 5 dəfə - 800 min ədədə qədər artıran tələbatıdır. Sanksiyalar və geosiyasi gərginlik fonunda, Çin istehsalçıları bazardan getmək məcburiyyətində qalan Qərb rəqiblərinin yerini tutublar.
"Keçən il “Chery” 900 mindən çox avtomobili xaricə göndərməklə, Çində ən böyük avtomobil ixracatçısına çevrilib. Bu göstərici “Tesla” və ya “BYD” şirkətlərindəkindən daha yüksəkdir”, – deyə Çin Avtomobil İstehsalçıları Birliyinin baş katibi Tsuy Dunşu bildirib.
Rusiyada “Chery” ilə yanaşı, “Geely”, “Great Wall” və digər brendlərin də satışları artıb. Lakin baş katibin dediyinə görə, ixracın bu cür sürətlə artmasının davam etməsi ehtimalı azdır, çünki tələbat böyük dərəcədə ödənilib və anbarlardakı ehtiyatlar kifayət qədərdir.
Ümumilikdə, 2023-cü ildə Çində avtomobil və ticarət avtomobillərinin satışları 25,5 milyona yüksəlib.
Ənənəvi daxili yanma mühərrikləri ilə yanaşı, elektrikli nəqliyyat vasitələrinin ixracı da artmaqdadır. Məsələn, Çində “BYD” şirkəti xarici satışları təxminən 5 dəfə artırıb və bu rəqəm 242 minə yüksəlib. Şirkət 2024-cü ildə Avropadakı iştirakını fəal şəkildə artırmağı planlaşdırır.
Çin uzun müddət dünyanın ən böyük bazarı və istehsal mərkəzi olsa da, indiyədək ixrac artımı məhz xarici konsernlər tərəfindən təmin edilib. Son üç ildə yerli brendlər elektrikli avtomobillərə və hibridlərə dövlət dəstəyi sayəsində irəliləyişə nail olublar. İndi isə Çin Yaponiya, Almaniya və Cənubi Koreyanı qabaqlayaraq əsas dünya ixracatçısı adını qazanmağa müvəffəq olub.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb