logo

Prokurorluq 53 yaşlı qadının “Mediacare” klinikasında ölməsini araşdırır 

16:32 09-01-2024 | icon 616
Prokurorluq 53 yaşlı qadının “Mediacare” klinikasında ölməsini araşdırır 

Ötən ilin dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda qeyd edilib.