Prezident seçkilərində polis gücləndirilmiş iş rejimində işləyəcək
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbirlər Planı təsdiqlənib və icrası xüsusi nəzarətə götürülüb.
YeniAvropa xəbər verir ki, bunu növbədənkənar prezident seçkiləri ilə əlaqədar polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Eldəniz Məmmədov deyib.
O,qeyd edib ki, eyni zamanda, 2023-cü ilin dekabrında nazirin rəhbərliyi ilə keçirilmiş əməliyyat müşavirəsində vətəndaşların seçki hüququnun təmin edilməsi məsələləri müzakirə olunaraq seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verilib.
Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və prosesdə iştirak edən digər şəxslərin təhlükəsizliyinin təmini, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına riayət etmələri kimi məsələlər daim diqqətdə saxlanılır.
Növbədənkənar prezident seçkiləri ərəfəsində və səsvermə günündə Bakı Şəhər Baş Polis İdarəsi və paytaxtın ərazi polis orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Təbliğat-təşviqat kampaniyasının keçiriləcəyi yerlərdə, seçki dairə və məntəqələrinin ətrafında qanunazidd hərəkətlərə yol verilməməsi üçün əlavə polis naryadlarının ayrılması ilə yanaşı, Təhlükəsiz Şəhər sisteminin müşahidə kameraları vasitəsilə nəzarət həyata keçiriləcək.
“Seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan polis əməkdaşları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək, eləcə də seçki başa çatdıqdan sonra bülletenlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizliklə bağlı zəruri işlər görüləcək.
Növbədənkənar Prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində Bakı Şəhər Baş Polis İdarəsi və rayon polis idarələri tərəfindən təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq”, - deyə Eldəniz Məmmədov vurğulayıb.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb