logo

Perinatal Mərkəzdə qalan 40 nəfərin təxliyəsi davam edir

08:28 09-01-2024 | icon 2492
Perinatal Mərkəzdə qalan 40 nəfərin təxliyəsi davam edir

Respublika Perinatal Mərkəzdə baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Mərkəzdə stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub.

TƏBİB rəhbəri deyib ki, xəstələrin təxliyəsi davam edir.

Xatırladaq ki, bu gün saat 03:35 radələrində Respublika Perinatal Mərkəzin binasında yanğın hadisəsi baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.