Sinoptiklərdən güclü külək, yağış,sulu qar və qar xəbərdarlığı
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi gözlənilir. Qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 18-23, arabir 25-28 metr olacağı, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır. Gündüz küləyin sürəti tədricən zəifləyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, əsasən axşam saatlarında havanın arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı ehtimal edilir.
Yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusarda yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10° enərək, Aran rayonlarında gecə 0-5°, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 6-11°, gündüz 0-5° şaxta olacağı bildirilir.
Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq
Sarayda keyfiyyətsiz yuyucu toz və şampun hazırlayan gizli sex aşkarlanıb
Bir sıra banklara aid konfidensial məlumatlara giriş ödənişsizdir
Faktiki hava: Bəzi yerlərə yağış, "Şahdağ"a isə qar yağıb
Avropa Kuboku:Qrup hərəkətləri komandamız III yeri tutub
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir
Azərbaycan nefti 85,27 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər