Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb
Yanvarın 8-də milli musiqi sənətinin istedadlı nümayəndəsi, əməkdar artist Aygün Hümbətovanın(Bəylər) cənazəsi son mənzilə yola salınıb.
YeniAvropa xəbər verir ki, mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Aygün Bəylərin yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər axın-axın mədəniyyət sarayının binasına gəlir, istedadlı sənətkara son borclarını verirdilər.
Vida mərasimində Mədəniyyət Nazirliyinin şöbə müdiri Aynur Kərimova əməkdar artist Aygün Bəylərin yaradıcılığından danışıb: “Həyatını Azərbaycan musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin!”.
Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsinin mədəniyyətimiz üçün çox ağır itki olduğunu söyləyib: “Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz”.
Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Cavanşir Quliyev, Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əməkdar artist Rəşad İlyasov, bəstəkar-pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Pikə Axundova və başqaları vida mərasimində çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü böyük işlərdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
Sonra sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb