logo

“Neftçi” Antalyadakı yoxlama oyununda məğlub olub

19:49 06-01-2024 | icon 1169
“Neftçi” Antalyadakı yoxlama oyununda məğlub olub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb.

YeniAvropa xəbər verir ki, "ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub.

Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.