logo

Dünyanın 2023-cü il üçün rəmzi futbol komandası açıqlanıb

16:17 05-01-2024 | icon 1316
Dünyanın 2023-cü il üçün rəmzi futbol komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin rəmzi komandasını açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü ilin rəmzi "11-liy"ində Lionel Messiyə yer verilsə də, Kriştiano Ronaldonun adı bu siyahıya salınmayıb:

 Qapıçı: Ederson (Braziliya, "Mançester Siti")

 Müdafiəçilər: Kim Min Je (Canubi Koreya,"Bavariya"), Ruben Diaş ( Portuqaliya,"Mançester Siti"), Alfonso Devis ( Kanada, "Bavariya").

 Yarımmüdafiəçilər: Kevin de Bruyne ( Belçika, "Mançester Siti"), Lionel Messi ( Argentina, "İnter Mayami"), Cud Bellinqem (İngiltərə, "Real Madrid"), Rodri (İspaniya, "Mançester Siti")

 Hücumçular: Erlinq Haland (Norveç, "Mançester Siti"), Kilian Mbappe (Fransa, PSJ), Harri Keyn ( İngiltərə, "Bavariya").