logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:10 05-01-2024 | icon 728
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 53 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.