logo

Ərdoğan CHP sədrinin ödəyəcəyi təzminatı orduya bağışlayıb

16:36 04-01-2024 | icon 1267
Ərdoğan CHP sədrinin ödəyəcəyi təzminatı orduya bağışlayıb

Türkiyə pPrezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı keçirilən məhkəmə işi Ərdoğanın xeyrinə yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı Ərdoğanın vəkili Hüseyin Aydın X sosial media hesabında paylaşım edib.

Bildirilib ki, prezident Ərdoğan məhkəmə qərarına əsasən, Özelə kəsilən 65 min türk lirəsi məbləğində mənəvi təzminatı Türkiyə Silahlı Qüvvələrinin Mehmetcik Vəqfinə bağışlayıb.