logo

Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

12:12 02-01-2024 | icon 1162
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı

Yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metrə, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Yanvarın 3-4-də əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 20-25 metr/saniyətədək güclənəcəyi proqnozlaşdırılır.