logo

Prezident müxalif liderinə hücumu pisləyib

11:55 02-01-2024 | icon 1260
Prezident müxalif liderinə hücumu pisləyib

Koreya Respublikasının aparıcı müxalif Toburo Demokratik Partiyasının lideri Li Çje Myunq Pusana səfəri zamanı hücuma məruz qalıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur.

Hücum edən şəxs saxlanılıb, hadisə barədə əlavə məlumat verilmir.

Koreya Respublikasının prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.