logo

Gəncə sakini Biləsuvarda 2,5 kq narkotika ilə saxlanılıb

09:59 02-01-2024 | icon 791
Gəncə sakini Biləsuvarda 2,5 kq narkotika ilə saxlanılıb

Biləsuvar rayonunda əməliyyat zamanı, ümumilikdə, 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.