logo

Sabah Bakıda 15° isti olacaq

12:52 01-01-2024 | icon 917
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı bildirilir.