logo

Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır

11:33 30-12-2023 | icon 2002
Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır

Dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov dekabrın 9-da müvafiq qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il yanvarın 4 və 5-də iş günləri ilə müvafiq olaraq 2023-cü il dekabrın 30-u və 2024-cü il yanvarın 7-si istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-dən başlayacaq.