“Ziraat Bank Azərbaycan” paytaxtda 8-ci filialının açıb
“Ziraat Bank Azərbaycan” 9 illiyi ərəfəsində yeni - 8-ci filialını müştərilərin istifadəsinə təqdim edib.
YeniAvropa xəbər verir ki, açılışda Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, deputatlar Nizami Səfərov və İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və “Ziraat Bank Azərbaycan”ın İdarə Heyəti sədri Selçuk Demir rəmzi qırmızı lenti birlikdə kəsərək bankın “Babək” filialını müştərilərin istifadəsinə təqdim etdilər.
Bank tərəfindən qeyd edilib ki, yeni filialının “Babək Plaza”da açılmasında məqsəd Bakı şəhərinin Xətai rayonunda yerləşən sahibkarlara keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir.
Dünyanın 17 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini öz geniş müxbir şəbəkəsi vasitəsilə təqdim etmək imkanına da sahibdir. Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Ziraat Bank Azərbaycan”ın yeni “Babək” filialı da vurğulanan xidmətlə yanaşı “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcəkdir. Öz müasirliyi və funksionallığı ilə seçilən filial həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb