logo

“Patrul.az” xəbər portalının təsisçisinin cinayət işindən apelyasiya verilib

10:30 29-12-2023 | icon 1078
“Patrul.az” xəbər portalının təsisçisinin cinayət işindən apelyasiya verilib

“Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, fakta görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Sabunçu rayon Məhkəməsinin 2023-cü il 8 dekabr tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Dövlət ittihamçısı tərəfindən dekabrın 28-də qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilib.