logo

Türkiyədə gün ərzində ikinci dəfə zəlzələ olub

17:17 27-12-2023 | icon 1666
Türkiyədə gün ərzində ikinci dəfə zəlzələ olub

Türkiyənin Çankırı vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Çankırının Ilgaz rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata əsasən, yeraltı təkanların ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Təbiət hadisəsinin yarada biləcəyi fəsadlarla bağlı hələ ki, açıqlama verilməyib.