logo

Faiq Qarayev yenidən Azərbaycan voleybol millisinin baş məşqçisi oldu

10:10 27-12-2023 | icon 1750
Faiq Qarayev yenidən Azərbaycan voleybol millisinin baş məşqçisi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, milli komanda yenidən Faiq Qarayevə tapşırılıb.

O, daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.

Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla müqavilənin müddəti artırılmayıb.