logo

Bu il yol qəzalarında 21 uşaq ölüb

09:49 26-12-2023 | icon 693
Bu il yol qəzalarında 21 uşaq ölüb

Cari ilin 11 ayı ərzində, yol qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciətində  edib.

Müraciətdə daha sonra deyilir: “Yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur.

Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik.

Hər bir valideyn uşaqlarının gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər”.