logo

Oğurluq etdi, üstəlik izi itirmək üçün evi də yandırdı

09:19 26-12-2023 | icon 728
Oğurluq etdi, üstəlik izi itirmək üçün evi də yandırdı

Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən bir ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində 10 ay əvvəl baş vermiş hadisənin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən törədildiyi məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra izi itirmək üçün həmin evi yandırıb.

Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran Şəhər rayon Polis Şöbəsində araşdırma aparılır.