logo

Sinoptiklərdən bölgələrdə güclü külək xəbərdarlığı

19:20 25-12-2023 | icon 707
Sinoptiklərdən bölgələrdə güclü külək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 25-i axşamdan 28-i gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.