logo

Bu il 3 milyondan çox ağac və kol tingi əkilib-Vüqar Kərimov

17:17 25-12-2023 | icon 756
Bu il 3 milyondan çox ağac və kol tingi əkilib-Vüqar Kərimov

Ölkə ərazisində bu il 2 min 500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib.

YeniAvropa xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarının götürdükləri öhdəlik çərçivəsində əsasən meşə fondu ərazilərində əkilib: "Bundan əlavə, meşə fondu torpaqlarında 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları meşə fondu torpaqlarında bərpa məqsədilə səpilib".