logo

Dağlıq rayonlarda 14° şaxta olub

09:59 25-12-2023 | icon 777
Dağlıq rayonlarda 14° şaxta olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 metr/saniyəyədək mülayimləşib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü: Daşkəsən, Şahdağda 13, Göygöldə 12, Qrızda 11, Ordubadda 10, Gədəbəydə 6, Şahbuz, Qubada 3, Qusarda 2, Altıağac, Xaltan, Şəki 1 santimetr olub.

Düşən yağıntının miqdarı: Qusarda 17, Göygöldə 15, Daşkəsəndə 10, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda duman müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək