logo

Sarıbaş kəndinə 12 sm qar yağıb

11:11 24-12-2023 | icon 581
Sarıbaş kəndinə 12 sm qar yağıb

Ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatında bildirilib.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 12, Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3, Kişçayda (Şəki) 1 santimetrdir. Düşən yağıntının miqdarı Ordubadda 12, Daşkəsən, Şəkidə 7, Gədəbəydə 6, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 millimetrədək olub.

Arabir əsən Şimal-Qərb küləyi Tərtərdə, Naftalanda saniyədə 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, Ağstafa, Kəlvəzdə 25, Göyçay, Balakəndə 24, Yevlaxda 23, Zərdabda 22, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuq Mərcanlı, Naxçıvanda 18, Sabirabad, Altıağac, Ceyrançöldə 17, Biləsuvar, Şabran, Gədəbəydə 16, Kürdəmirdə 15, Bakıda və Abşeron yarımadasında isə 24 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.