logo

Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq-Nazir

12:32 21-12-2023 | icon 1246
Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq-Nazir

Bizim siyasətimiz Türkiyə şirkətləri üçün açıq qapı siyasətidir.

YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhəmiyyətli kapitala malik olan ölkədir.

“Hər il əhəmiyyətli həcmdə ticarət balansının profisitini qeydə alırıq. Fiskal gəlirlərimiz həyata keçirilən siyasət nəticəsində təmin edilir. Hədəfimiz iqtisadiyyatımızın şaxələndirilməsi, ölkənin müasir sənaye potensialına malik olmasıdır. İxrac bizim üçün önəmlidir. İstehsal etdiyimiz məhsulun əhəmiyyətli hissəsi ixrac edilməlidir. Sənaye zonaları Sumqayıtda, işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyət göstərir. Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq”, - deyə Mikayıl Cabbarov əlavə edib.