logo

Azərbaycan ilə Türkiyə arasında bir sıra sənəd imzalanıb

11:51 21-12-2023 | icon 1820
Azərbaycan ilə Türkiyə arasında bir sıra sənəd imzalanıb

Azərbaycan ilə Türkiyə arasında bir sıra sənəd imzalanıb.

YeniAvropa xəbər verir ki, imzalanma Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında 2024-cü il üçün Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.

Bundan əlavə, “DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək.

“Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraqisə  şirkət tərəfindən Azərbaycanda otel tikiləcək.