AZAL Bakı-Pekin aviareyslərinə başlayıb
Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
YeniAvropa xəbər verir ki, dekabrın 19-da axşam saatlarında Bakıdan qalxan ilk təyyarə yerli vaxtla dekabrın 20-də səhər saat 7 radələrində Pekinin “Paytaxt” beynəlxalq hava limanına eniş edib. Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bu, AZAL-ın uçuş coğrafiyasında hazırda ən uzaqməsafəli uçuşdur.
Bakı-Pekin istiqamətində ilk uçuş münasibətilə Pekinin “Paytaxt” beynəlxalq hava limanında keçirilən mərasimdə çıxış edən AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Pekin aeroportunun icraçı direktoru Tan Çüəncun iki paytaxt arasında uçuşların başlanmasının qarşılıqlı olaraq səyahətlərə artan tələbatın ödənilməsi, habelə Azərbaycan ilə Çin arasında dinamik inkişaf edən əlaqələrə töhfə məqsədi daşıdığını bildiriblər.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovun da iştirak etdiyi tədbirdə qeyd olunub ki, Bakı-Pekin-Bakı reysləri iki ölkə arasında turizmin inkişafına və turist axınının artırılmasına töhfə verəcək.
Zəngin mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanda son illər turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib. Çin də Azərbaycan üçün əsas turizm istiqamətlərindən biridir. Pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, pandemiyanın səngiməsindən və Çində beynəlxalq uçuşların bərpasından sonra çinli turistlərin xaricə səfərləri də sürətlə çoxalır. Belə bir şəraitdə AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlaması vaxtında atılan addımdır.
Diqqətə çatdırılıb ki, tələbat artacağı təqdirdə, həftəlik uçuşların sayının çoxaldılması da planlaşdırılıb. Bundan başqa, AZAL-ın gələcəkdə Çinin daha bir neçə iri şəhərinə müntəzəm uçuşlara başlaması nəzərdə tutulub.
Qeyd edək ki, noyabrda Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçi
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb