logo

Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan yaxalanıb

11:33 19-12-2023 | icon 784
Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan yaxalanıb

Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, zərərçəkən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, notbuk və doqquz ədəd qızıl dişin oğurlandığını bildirib.

Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq dörd qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.