logo

“COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib

18:32 18-12-2023 | icon 840
“COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dekabrın 18-də “COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirib və birgə bəyanat qəbul ediblər.

YeniAvropa xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan müzakirələrdə çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqlayıb.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Alternativ enerjiyə aid hesabatların, fləşmobların, yürüşlərin keçirilməsi təklif kimi irəli sürülüb.

Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də fikir və mülahizələrini bölüşüblər.

“Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi sədr müavini Amin Məmmədov səsləndirib.