logo

“Azərpoçt” və “Azercell” arasındakı əməkdaşlıq uğurla davam edir

12:52 18-12-2023 | icon 945
“Azərpoçt” və “Azercell” arasındakı əməkdaşlıq uğurla davam edir

“Azərpoçt” MMC və “Azercell Telecom” MMC arasındakı əməkdaşlıq uğurla davam edir.

MMC-dən YeniAvropa-ya  bildirilib ki, xidmət səviyyəsinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq şirkət təlimçiləri tərəfindən təlimlər keçirilir. Bundan əlavə, mərhələli şəkildə yeni əməkdaşlara funksional təlimlər keçilib.

Qeyd edək ki, bir sıra “Azərpoçt” şöbələrində “Azercell” nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatlar həyata keçirilir.

Sözügedən xidmətlər paytaxt və regionların 50-dən çox rayon mərkəzi poçt şöbələrində göstərilir.