logo

Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda Forum keçirilir

10:50 18-12-2023 | icon 11529
Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda Forum keçirilir

Dekabrın 18-də "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” mövzusunda Forumu işə başlayıb.

YeniAvropa xəbər verir ki, iki gün davam edəcək Forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq. Forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar təşkil ediləcək.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.