logo

Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7 milyard manata çatır

10:40 18-12-2023 | icon 931
Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7 milyard manata çatır

Bu ilin on ayında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6,7 milyard manat təşkil edib. Ötən il bu rəqəm 5,8 milyard manat olub.

YeniAvropa xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Türk iş adamları birlikləri il əməkdaşlıq" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, Türkiyə iqtisadiyyatında Azərbaycanın təsərrüfat subyektlərinin də rolu çox böyükdür.

“Çünki Türkiyəyə investisiya qoyan azərbaycanlı iş adamları həm hüquqi şəxs olaraq, həm də yatırılan investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında öncül yerdədirlər. İnvestisiya həcmlərinə görə isə göstəricilər daha yuxarı səviyyədədir”, - deyə Orxan Məmmədov əlavə edib.