logo

AZAL təxirə salınan reyslərin sərnişinlərini Naxçıvana çatdırıb

09:29 18-12-2023 | icon 2079
AZAL təxirə salınan reyslərin sərnişinlərini Naxçıvana çatdırıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

YeniAvropa xəbər verir ki,bu barədə AZAL-ın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.