logo

"COP 28":Azərbaycan pavilyonu 6 mindən çox ziyarətçi qəbul edib

11:44 16-12-2023 | icon 1190
"COP 28":Azərbaycan pavilyonu 6 mindən çox ziyarətçi qəbul edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - "COP 28"də Azərbaycan pavilyonunu 6 mindən çox şəxs ziyarət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu il noyabrın 30-dan dekabrın 12-dək keçirilən sessiyada Azərbaycan ilk dəfə olaraq pavilyonla təmsil olunub. Pavilyon Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılıb.

"COP 28"də fəaliyyətini uğurla başa vuran ölkəmiz artıq "COP 29"un ev sahibidir.