logo

“Azercell” Yeni il ərəfəsində yeni “Samsung” kampaniyasını təqdim edir!

17:34 15-12-2023 | icon 1148
“Azercell” Yeni il ərəfəsində yeni “Samsung” kampaniyasını təqdim edir!

Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən “Azercell Telekom” 15.12.2023-cü il tarixindən etibarən “Samsung” Kampaniyasına start verir. Yeni il ərəfəsində xüsusi təkliflə çıxış edən lider mobil operator Samsung A seriya modellərini əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə edəcək. Kampaniyada yeni və mövcud, fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri iştirak edə bilər.

Yeni “Samsung” kampaniyasından yararlanmaq üçün “Azercell”in rəsmi satış mərkəzlərindən və “Kontakt Home” mağazalar şəbəkəsindən 6 fərqli A seriyalı “Samsung” cihazlarından birini əldə etmək kifayətdir. Telefonlar 259 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniya 31.01.24-cü il tarixinədək keçərlidir. Daha ətraflı məlumatla https://bit.ly/AzercellGalaxyA səhifəsində tanış olmaq mümkündür.

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün “Azercell”in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.