logo

 “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

17:17 15-12-2023 | icon 1071
 “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Dekabrın 16-17-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, ümumilikdə yarmarkada 62 fermer iştirak edəcək. Ölkənin 40 müxtəlif regionundan iştirak edən fermerlər 90-dan çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında təşkil olunacaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Fermerlər yarmarkada ödənişsiz piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstəriləcək. Belə ki, fermerlərin məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.