logo

10 ayda Azərbaycanda 94 mindən çox körpə doğulub

14:54 15-12-2023 | icon 1008
10 ayda Azərbaycanda 94 mindən çox körpə doğulub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 94 min 671 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.3-dən 11.2-yə enib.

YeniAvropa Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.2, qız uşaqlarının xüsusi çəkisi isə 46.8 faiz olub. Körpələrin 2 min 854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

On ay ərzində ölkədə 50 min 40 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6-dan 5.9-a qədər azalı