logo

Xəzər dənizinin İran seqmentində 4,6 ballıq zəlzələ olub

17:27 14-12-2023 | icon 721
Xəzər dənizinin İran seqmentində 4,6 ballıq zəlzələ olub

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:00-da qeydə alınan zəlzələnin maqnitudası 4,6-ya bərabər olub.

Ocağı 34 kilometr dərinlikdə yerləşən zəlzələ Astara, Lənkəran və Lerik və digər sərhəd rayonlarında 3 baldan çox hiss olunub.