logo

Faktiki hava: Zaqatalaya 24 sm qar yağıb

11:11 14-12-2023 | icon 714
Faktiki hava: Zaqatalaya 24 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 22 millimet, Qəbələdə 21, Göyçay, Mingəçevirdə 20, Kürdəmir, Balakəndə 19, Biləsuvar, Şəkidə 18, Qax (Sarıbaş), Neftçala, Yevlax, Gədəbəydə 16, Zaqatala, Qobustanda 15, Şərurda 14, Lənkəranda 13, Astara, Sabirabad, Naxçıvan, Ordubadda 12, Lerik, İmişlidə 11, Zərdabda 10, Gəncə, Göytəpə, Tərtər, Yardımlı, Şahbuzda 9, Göygöl, Ağdam, Beyləqan, Culfa, Sədərək, Şabran, Şahdağ, Xaltan, Bərdə, Cəfərxan, Qrız, Qusar, Şamaxı, Altıağac, Ceyrançöl, Ağstafa, İsmayıllı, Şəmkir, Naftalanda 7 millimetrədək, Sumqayıtda 11 , Bakı, Maştağa, Pirallahıda 10, Binədə 7 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 24 santimetr, Daşkəsəndə 9, Gədəbəy, Şahdağda (Qusar) 5, Qrızda (Quba) 1 santimetr olub.

Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°dək isti, Naxçıvan Muxtar Respublikasında 4° şaxtadan 4°-dək isti, Aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 2-6° şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi, dekabrın 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.