3 mindən çox namizəd dövlət qulluğuna test imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.
İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 13 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 625, BB qrupu üzrə 2588 olmaqla, ümumilikdə 3213 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 13 ümumi imtahan rəhbəri, 35 imtahan rəhbəri, 293 nəzarətçi müəllim, 45 buraxılış rejimi əməkdaşı ayrılıb.
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir