Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub
Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC “GSMA” təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.
“Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək”, - deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb.
“GSMA”-nın iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti “Azercell” də daxil olmaqla dünyanın 60-dan çox sənaye liderini bir araya gətirib. Proqram iştirakçıları birlikdə mobil sənayeni 2050-ci ilə qədər sıfır karbon emissiyası məqsədinə nail olmağı və bununla da qlobal iqlim böhranının həllində mühüm rol oynamağı hədəfləyir.
Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir.
Qeyd edək ki, “GSMA” müsbət biznes mühiti və sosial dəyişikliyin əsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqi üçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır.
“Azercell Telekom” MMC iqlim dəyişikliyinin mənfi təsirinin azaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlam gələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərə fəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadə edir.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb