logo

Sabah Bakıda sulu qar yağacaq, 7° isti olacaq

14:32 13-12-2023 | icon 763
Sabah Bakıda sulu qar yağacaq, 7° isti olacaq

Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısa müddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 5-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.