Bərdə-Ağdam dəmir yolunun inşası yekunlaşır
İşğaldan azad olunmuş ərazilərdə bərpa prosesi iddialı və tarixi layihədir. Burada hər şey yenidən qurulur. Ağdam şəhərində Bərdə-Ağdam yolu yekunlaşmaq üzrədir. Ağdam-Füzuli, Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir.
YeniAvropa xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmir yolunun inşasının yekunlaşması gözlənilir və ərazidə “AzərEnerji” ASC tərəfindən iki yarımstansiya istifadəyə verilib.
“Böyük Qayıdış Proqramına uyğun olaraq 2026-cı ilin sonunadək 5 yaşayış məhəlləsi inşa olunacaq, 12 kənd salınaraq əhaliyə təhvil veriləcək.
Həmçinin tarixi-mədəni abidələrimiz bərpa olunur. Burada mərkəzi meşə parkları layihələndirilir və yaxın günlərdə inşasına başlanılacaq. Bütün şəhərlərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq açıq səma altında Zəfər muzeyləri inşa olunacaq. Ağdam sənaye şəhəri kimi tanınıb. Şəhərdə zavod və fabriklərin inşasına başlanılıb və növbəti il bir neçəsinin açılışı gözlənilir. İş yerləri yaradılacaq və məskunlaşacaq əhalinin işlə təmin olunması həyata keçiriləcək”, - deyə Bəşir Hacıyev qeyd edib.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb